169-mekteb-9a - Qebul imtahanlarinin fenleri
 
Muellifler
Ana Sayfa
№169 mektebin 2007 statistikasi
2007-ilde telebe qebulu
Qebul imtahanlarinin fenleri
İxtisas qruplari və altqruplar
QQəbul planına daxil olan ixtisaslar dörd ixtisas qrupuna bölünür və bir-birindən imtahan fənlərinin tərkibinə görə fərqlənir. III qrupda ixtisasdan asılı olaraq imtahan fənlərinin çəki əmsalları müxtəlifdir. Buna görə bu ixtisas qrupu iki altqrupa bölünür.

Abituriyentin hər hansı bir ixtisas üzrə imtahan balı hesablanarkən fənlər üzrə toplanmış nisbi ballar həmin fənnin əhəmiyyətlilik dərəcəsindən asılı olaraq müəyyən çəki əmsallarına vurulmaqla cəmlənir. Bunun üçün dörd növ çəki əmsalından (“2.5”, “2”, “1.5”, “1”) istifadə edilir.

Aşağıdakı cədvəldə altqruplar üzrə imtahan fənlərinin çəki əmsalları gös­tərilir.

Aşağıdakı cədvəldə altqruplar üzrə imtahan fənlərinin çəki əmsalları göstərilir.

İmtahan fənləri və onlarin altqruplar üzrə çəki əmsallari
İmtahan fənləri

İxtisas qruplari, altqruplar və müvafiq çəki əmsallari

I qrup

II qrup

III qrup

IV qrup

 

R

 

IC

DT

XH

TK

Ana dili

1

1

2

2

1

ədəbiyyat

 

 

1

1

 

Riyaziyyat

2.5

2

1

1

1

Fizika

1.5

 

 

 

1

Kimya

1

 

 

 

2

Biologiya

 

 

 

 

2

Tarix

 

 

2

1

 

Azərbaycan Tarixi

 

1

 

 

 

Coğrafiya

 

2

 

 

 

Xarici dil

1

1

1

2

 

Altqrupların adları:
R – riyaziyyat, fizika, mühəndislik və xüsusi qabiliyyət tələb edən ixtisaslar;
IC – iqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya ixtisasları;
DT – humanitar, pedaqogika, psixologiya və xüsusi qabiliyyət tələb edən ixtisaslar;
XH – xarici dillər və beynəlxalq münasibətlər;
TK – tibb, kimya, biologiya və xüsusi qabiliyyət tələb edən ixtisaslar.

Balların hesablanması abituriyentin yalnız “Cavab kartı”nda qeyd etdiyi cavab­lar əsasında aparılır.

Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = ((D-Y/4)/S)*100

NB - fənn üzrə nisbi bal; D – düzgün cavabların sayı; Y – səhv cavabların sayı; S - fənn üzrə sualların ümumi sayı.

Hesablama 0.001-ə qədər dəqiqliklə aparılır. Hesablamanın nəticəsi mənfi alınarsa, nisbi bal “0.000” kimi qəbul edilir.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol